12 dekabr 2013 15:55
Vitali Borisov: Türkiyə millisi zəif deyil, ancaq Azərbaycan yığması yaxşı oynadı
Futzal üzrə Azərbaycan yığmasının liderlərindən biri olan Vitali Borisov azerisport.az saytına açıqlamasında, Türkiyə millisi üzərində qazanılmış 4:1 hesablı qələbəni şərh edib.
“Türkiyə millisi zəif deyil. Birinci oyunun hesabı sizi yanıltmasın. Biz yaxşı oynadıq. Bu gün keçiriləcək oyunda isə, birinci oyundan fərqli, meydanda daha az olan oyunçular oynayacaq. Ümumilikdə toplanış yaxşı keçir. Birgə oynamaq və yoxlama etmək üçün yaxşı imkan qazandıq”.
