12 dekabr 2013 01:45

Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər ki, ötən gecə E, F, G və H qruplarında son turun 8 oyunu baş tutub. Bu qarşılaşmalarda 1/8 finala son 5 vəsiqənin sahibi müəyyənləşib.
 
E qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş "Çelsi" bütün iddialarını itirmiş "Styaua"nı minimal hesabla yenib və birinci pilləni tutub. "Şalke" isə digər qrupdan çıxmağa digər iddialı "Bazel"i 2 cavabsız qolla məğlub edərək ikinci vəsiqəyə sahib çıxıb. Üçüncü yeri tutan "Bazel" Avropa Liqasında oynamaq şansı qazanıb.
 
F qrupunda maraqlı qarşılaşmalar baş tutub. Çünki bu qrupda son turdan öncə heç bir vəsiqənin sahibi bəlli deyildi. Qrupdan çıxmağa 3 iddiaçı var idi. Son tura lider kimi daxil olan "Arsenal" "Napoli"nin qonağı olub və 2 cavabsız qolla yenilib. Turnirin son finalçısı Dortmund "Borussiya"sı isə heç bir iddiası qalmayan Marsel "Olimpik"ini səfərdə məğlub edib. Nəticədə "Borussiya" və "Arsenal" 1/8 finala çıxıb, "Napoli" isə Avroliqaya vəsiqə ilə kifayətlənib.
 
G qrupunda növbəti mərhələyə vəsiqəni və liderliyi təmin edən "Atletiko" "Portu"nu 2 cavabız qolla yenib. Digər iddialı "Zenit" isə səfərdə "Austriya"a darmadağınla uduzub. Məğlubiyyətə baxmayaraq Sankt Peterburq təmsilçisi 1/8 finala adlaya bilib. Avroliqaya vəsiqəni isə "Portu" qazanıb.
 
H qrupunda mərhələ adlayacağı öncədən dəqiqləşən "Barselona" iddiası qalmayan "Seltik"ə divan tutub. İkinci vəsiqəyə iddia edən "Milan" və "Ayaks" isə İtaliyada sülh bağlayıb. Nəticədə "Milan" mərhələ adlayıb. "Ayaks" Avroliqaya vəsiqə ilə təsəlli tapıb.
 
Çempionlar Liqası
Qrup mərhələsi
11 dekabr
 
E qrupu
 
Çelsi (İngiltərə) - Styaua (Rumıniya) - 1:0
Qol: Georgiyevski, 10-öz qapısına.
 
Şalke (Almaniya) - Bazel (İsveçrə) - 2:0
Qollar: Draksler, 51, Matip, 57.
 
1 Çelsi 6 4 0 2 12 3 +9 12
2 Şalke 6 3 1 2 6 6 0 10
3 Bazel 6 2 2 2 5 6 –1 8
4 Styaua 6 0 3 3 2 10 –8 3
 
F qrupu
 
Napoli (İtaliya) - Arsenal (İngiltərə) - 2:0
Qollar: İquayn, 74, Kallexon, 90+3.
 
Olimpik (Marsel, Fransa) - Borussiya (Dortmund, Almaniya) - 1:2
Qollar: Diavara, 14 - Levandovski, 4, Qrosskroyts, 87.
 
1 Borussiya D 6 4 0 2 11 6 +5 12
2 Arsenal 6 4 0 2 8 5 +3 12
3 Napoli 6 4 0 2 10 9 +1 12
4 O. Marsel 6 0 0 6 5 14 –9 0
 
G qrupu
 
Austriya (Avstriya) - Zenit (Rusiya) - 4:1
Qollar: Hosiner, 44; 51, Yan, 48, Kinast, 90+3 - Kerjakov, 35.
 
Atletiko (İspaniya) - Portu (Portuqaliya) - 2:0
Qollar: Qarsiya, 14, Kosta, 37.
 
1 Atletiko M 6 5 1 0 15 3 +12 16
2 Zenit 6 1 3 2 5 9 –4 6
3 Portu 6 1 2 3 4 7 –3 5
4 Austriya 6 1 2 3 5 10 –5 5
 
H qrupu
 
Milan (İtaliya) - Ayaks (Hollandiya) - 0:0
 
Barselona (İspaniya) - Seltik (Şotlandiya) - 6:1
Qollar: Pike, 7, Pedro, 40, Neymar, 44; 48; 58, Telyo, 72 - Samaras, 88.
 
1 Barselona 6 4 1 1 16 5 +11 13
2 Milan 6 2 3 1 8 5 +3 9
3 Ayaks 6 2 2 2 5 8 –3 8
4 Seltik 6 1 0 5 3 14 –11 3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.