12 dekabr 2013 13:31

İsgəndər Cavadov: Berti Foqtsun millidə qalmasına səs verəcəyəm

Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov dekabrın 18-də keçiriləcək iclasda Berti Foqtsun millidə qalmasına səs verəcək. Azerisport.az saytına müsahibəsində veteran futbolçu yığmanın baş məşqçi postuna müxtəlif namizədləri müzakirə etməyə hazır olduğunu bildirib.
 
Cavadov Berti Foqtsla bağlı məsələyə belə aydınlıq gətirdi: "Yığmanın baş məşqçi məsələsi ilə bağlı çox düşünmüşəm. Çünki, iclasda verəcəyimiz qərar, komandanın növbəti 2 il ərzində taleyinə təsir edəcək. İndiki halda başqa məşqçi gətirmək çətindir. Əgər Foqtsun yerinə başqa namizəd olsaydı, bizə xəbər verilərdi. Yeni məşqçi haqda ən azı 2-3 ay əvvəl gizlicə olaraq məlumat toplanılmağa başlanmalı idi. Düzünü demək lazımdır, heç bir namizədin söhbəti olmayıb. Deməli Foqtsun məsələsi müzakirə olunacaq. Berti Foqtsa yenidən etibar verməli olacağıq. Başqa namizəd yoxdursa, ən yaxşısı almanın özüdür. O, 6 ildir Azərbaycanda işləyir və futbolumuzu müəyyən mənada tanıyıb. Yeni məşqçi gəlsə, hər şeyi yenidən başlamaq lazım olacaq".

Veteran futbolçu Berti Foqtsun ölkəmizdəki işi barədə bunları söylədi: "Gəlin real danışaq, istənilən ölkədə məşqçiyə 1 və ya 2 mövsüm şans verilir. Bu futbolu inkişaf edən ölkələrə aiddir. Bizim vəziyyətdə olan ölkə Berti Foqtsa 3 mövsüm etibar etdi. Nəticədə 9 xal var. Amma bu xallar hələ heç nə demək deyil. Biz millinin səviyyəsini yüksəltməliyik. Növbəti seçmə mərhələ yenidən işləsə Foqts gərək Azərbaycanda çox vaxt keçirsin, çempionatı izləsin. Digər tərəfdən çempionatdakı çatışmazlıqları aradan götürmək lazımdır. Futbolçularımız xarici çempionatda oynamırsa, uşaq futboluna indi diqqət etməyə başlamışıqsa, millidən nə gözləyək? Futbolla bağlı məsələlər kompleksli vəziyyətdə aparılmalıdır. Hədəflər artmalıdır. Qrupda məqsədimiz olmalıdır, yalnız xal sayını artırmaq üçün oynamamalıyıq".

Azərbaycanlı məşqçilərin təyinatına gəlincə İsgəndər Cavadov maraqlı açıqlama ilə yadda qaldı. Onun sözlərinə görə məşqçilərimizin Foqtsun qalmasını söyləməsi təəccüblüdür: "Mən 2 ay əvvəl yerli məşqçiyə şans verilməsini istəmişdim. İndidə öz fikrimdə qalıram. Sadəcə əgər bizim məşqçilər saytlara və qəzetlərə danışaraq Foqtsun qalmasını istəyirsə biz nə edək. Məşqçilərimizin fikrini diqqətlə oxudum. Gözləyirdim ki, kimsə cəsarətli çıxaraq millidə işləmək istədiyini deyər. Amma hamısı almanın tərəfində oldu. Digər tərəfdən onları başa düşmək mümkündür. Fotqsdan sonra işləyəcək yerli məşqçi üçün çətin olacaq. Ona təzyiq ola bilər. Ən aşağısı ondan bu nəticə tələb olunacaq. Amma 9 xal sadəcə xal sayını artırmaqdı, nəticə tam başqadır. Əgər özləri risk etmək istəmirlərsə, biz məcbur edə bilmərik".

İcraiyyə Komitəsinin üzvü mətbuatda adı hallanan namizədlərdən də danışdı. Onun sözlərinə görə Yılmaz Vural, Quus Hiddink, Yuriy Syomin AFFA tərəfindən rəsmi namizəd kimi təqdim olunmayıb: "Mətbuatda yazılanlar hamısı namizəd deyil. AFFA tərəfindən bu məşqçilərin namizəd olduğu təsdiqlənməyib. Başqa məşqçi olsa gərək ona bir mövsüm komandanı tanımağa vaxt verək. Syominə gəldikdə, o, "Qəbələ"də yaxşı başlayıb. Qoy bir mövsümün sonu gəlsin, yekun nəticəyə baxaq. 1-2 ay yaxşı işləyəni dərhal milliyə götürməliyik? Həm də Syomin klubu tanıyır, bu, o demək deyil ki, millini də tanıyır. Ona da digərləri kimi vaxt lazım olacaq. Klubda uğurlu işləmək, millidə də yaxşı işləməyin mümkün olduğu demək deyil".

Berti Foqts müqaviləni artırsa vədinə əməl etməlidir. Cavadov alman məşqçinin gəldiyi gündən Avro-2016-də vəsiqə qazanacağımızı söyləməsini yada saldı. Veteran futbolçunun sözlərinə görə Berti Foqts dediyinə əməl etməlidir: "Gələn gündən deyirdi ki, Avro-2016-ya komanda hazırlayır. İcrakom onu dəstəkləsə gərək dediyinə əməl etsin. Milli, futbolun aynasıdır. Bu gün klublarımız avrokuboklarda qrup mərhələsinə düşmürsə, yerli futbolçular ancaq daxili çempionatda oynayırsa, komandalar daha çox legionerlərə etibar edirlərsə, nəticə gözləmək çətindir. Müzakirələrdə Foqtsdan başqa namizəd olacağı barədə məlumat yoxdur. Ona görə güman ki, səsimi onun lehinə verəcəyəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.