12 dekabr 2013 13:13
Araz UEFA-nın qərarını gözləyir
Cümə axşam İspaniyanın Bilbao şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasda müxtəlif məsələlərlə yanaşı, növbəti il futzal üzrə UEFA Kubokunun Dördlər finalının keçiriləcəyi məkana da aydınlıq gətiriləcək.
Xatırladaq ki, sözügedən mini-yarışın təşkilinə futzal komandamız “Araz”la yanaşı, Qazaxıstan “Kayrat”ı, Moskva “Dinamo”su və “Barselona” iddialıdır.
İclasda həmçinin, Avro-2016-nın təsnifat mərhələsinin strukturu təsdiqlənəcək. Əlavə edək ki, qitənin ali futbol qurumu təsnifat mərhələsinin hansı formatda keçiriləcəyini hələrəsmən elan etməyib.
