11 dekabr 2013 11:55
Xəzər Lənkəranını sabiq hücumçusu İran klubuna keçə bilər
“Xəzər Lənkəran”ın sabiq oyunçusu Dimitris Sialmas İran klubuna keçə bilər. Azerisport.az yunan KİV-nə istinadən xəbər verir ki, hücumçu İran klublarının birindən şirnikləndirici təklif alıb.
Bunaunla belə, Sialmas təklifə razılıq verməyib. O, həmçinin Yunanıstan klubu “Platanias”dan təklif alıb. Sialmasın bu təklifə yaxınlarda cavab verəcəyi ehtimal edilir.
Xatırladaq ki, yunan hücumçunun Azərbaycanda karyerası baş tutmadığından, “Xəzər Lənkəran”dan sonra öznə klub tapmaqda çətinlik çəkir. Hücumçu bir müddət Yunanıstanın AEK komandasının heyətində məşq edib.
