11 dekabr 2013 11:00

Berti Foqtsla müqavilə uzadılacaq

Almaniyanın "Deutch Welle" kanalı futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla bağlı maraqlı süjet hazırlayıb. Azerisport.az xəbər verir ki, kanalın yayımladığı süjetə əsasən Bakıya son səfəri zamanı alman məşqçi yeni müqavilə şərtlərini müzakirə edib. AFFA rəhbəriylə görüşən alman məşqçi həm seçmə mərhələdəki son oyunlarla bağlı danışıb və yeni mövsüm üçün planlarını açıqlayıb.

"Azərbaycan millisi seçmə mərhələnin son oyunlarını yüksək səviyyədə keçirdi. Şimali İrlandiya üzərində parlaq qələbədən sonra Berti Foqtsun komandası az qala Rusiyanı məğlub edəcəkdi. Azərbaycan futbolçularında inkişaf göz qabağındadır. Əvvəllər normal mübarizə aparmağı bacarmayan komanda, indi 90 dəqiqə topla mübarizə göstərir, hətta hücum da edir. İlin sonunda federasiyanın Berti Foqtsla müqaviləsi başa çatır. 6 il Azərbaycanda çalışan alman hələ Vətənə qayıtmaq barədə düşünmür. Berti Foqts hələlik taleyi barədə danışmaq fikrində deyil. Əldə etdiyimiz məlumata görə Bakıya son səfəri zamanı ona yeni müqavilə təklif olunub. Müqavilə şərtləri iki tərəf arasında müzakirə olunub, lakin yekun qərar qəbul edilməyib. Güman ki, həftəsonu federasiya rəhbərliyi (İcraiyyə Komitəsi nəzərdə tutulur- red.) yeni müqaviləni müzakirə edərək onu təsdiqləyəcək. Azərbaycan Futbol Federasiyası onun işindən razıdır. Azərbaycan yığması tarixində ilk dəfə seçmə mərhələdə 9 xal toplayıb. Komandada yeni adlar meydana çıxıb. Bu mənada, Foqtsa işini davam etdirməyə şans verilməsi normaldır. Digər tərəfdən, son aylar zamanı mətbuatda Azərbaycan yığmasının baş məşqçisi postuna digər real namizədin adı hallanmayıb. Əgər Azərbaycan Foqtsu saxlamaq istəməsə, digər namizədlərin olduğu açıqlanardı.

İndiki halda Foqts daha yaxşı namizəddir. Çünki, bu ölkənin futbol yığmasına başçılıq etmək asan deyil. Azərbaycan futbolçuları ancaq yerli çempionatda çıxış edir. Digər xarici çempionatlarda oynamır. Belə halda futbolçuların səviyyəsi yüksək deyil. Azərbaycan çempionatını Avropa birincilikləriylə müqayisə etmək olmaz. Klublar yalnız təsnifat mərhələsində çıxış edir, avrokuboklarda uzağa gedə bilmir. Ona görə millini tez bir zamanda dəyişmək çətindir.

Berti Foqts Azərbaycan yığmasında ən çox çalışan məşqçidir. Onun müqaviləsi 2 dəfə artırılıb və 6 il milliyə rəhbərlik edib. Ona qədər məşqçilər ən yaxşı halda 1 il çalışıb".

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin iclası dekabrın 18-nə təyin olunub. Həmin iclasda millinin yeni baş məşqçisinin taleyinə aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.