11 dekabr 2013 10:44
Bakı Atletikonu məğlub etdi
İspaniyada təlim-məşq toplantısı keçirən “Bakı” klubunun U-14 komandası, bu gün ilk yoxlama oyununa çıxıb və meydanı qalibiyyətlə tərk edib. Azerisport.az xəbər verir ki, səhər “Atletiko”nu bazasında məşq edən U-14 komandasının üzvləri axşam saatlarında yoldaşlıq oyunu çərçivəsində madridli həmyaşıdları ilə qarşılaşıblar.
Şakir Seyidov və Mirnahid Quliyevin qolları ilə 2:1 hesablı qələbə qazanan komandamızın göstərdiyi səviyyəli oyunla diqqətləri cəlb etdiyi vurğulanır.
Sabah U-14-ün üzvləri Madridə ekskursiyaya çıxacaqlar, axşam isə Visente Kalderon stadionunda “Atletiko”nun ev oyununu izləyəcəklər.
Sabah U-14-ün üzvləri Madridə ekskursiyaya çıxacaqlar, axşam isə Visente Kalderon stadionunda “Atletiko”nun ev oyununu izləyəcəklər.
(Klub saytı)
