11 dekabr 2013 10:33
Yuriy Syomin: Azərbaycan yığması ilə işləmək haqda şayiələrdən danışmaq istəmirəm
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin futbol üzrə Azərbaycan yığmasının sükanı arxasında dayanacağı ilə bağlı yayılmış şayiələrə şərh verib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Sual ünvanına deyil. Yaxşısı budur ki, bu haqda bu məlumatı yayanlardan soruşasınız.
Mənim deməyə sözüm yoxdur. Heç nə demək istəmirəm”.
(Sport-Ekspress)
