11 dekabr 2013 20:33
Qəbələnin müdafiəçisi Türkiyəyə yollandı
“Qəbələ”nin müdafiəçisi Rail Məlikov İstanbula yollanıb. Azerisport.az xəbər verir ki, səfərin məqsədi ağır zədədən sonra bərpa prosesinin davam etdirilməsidir.
Futbolçu bir həftəyə yaxın Türkiyədə qalacaq və gündə beş saat məşq prosesi keçəcək. Məlikovun komanda ilə birgə tam məşqlərə qayıtması növbəti ilin yanvar ayına nəzərdə tutulub.
Xatırladaq ki, Rail Məlikov üç ay qabaq məşqlərin birində zədələnmişdi.
