11 dekabr 2013 18:26
Qalatasaray 1/8 finalda!
Bu gün UEFA Çempionlar Liqasının B qrupunda Türkiyənin "Qalatasaray" klubu "Yuventus"u qəbul edib. Azerisport.az xəbər verir ki, dünən kəskin qar yağışı səbəbilə 32-ci dəqiqədə dayandırılan matçın qalan vaxtı oynanılıb.
Hər iki komanda qrupdan çıxmaq üçün mübarizə aparsa da, sevinən tərəf İstanbul təmsilçisi olub. Belə ki, matçın 86-cı dəqiqəsində Didye Droqbanın başla ötürməsini Uesli Sneyder qola çevirməyi bacarıb. Matç türklərin minimal hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, B qrupundan 1/8 mərhələsinə vəsiqə qazanan tərəf "Real" və "Qalatasaray" olub. "Yuventus" Avroliqaya yollandığı halda, "Kopenhagen" mübarizəni dayandırıb.
| 1 | Real M | 6 | 5 | 1 | 0 | 20 | 5 | +15 | 16 |
| 2 | Qalatasaray | 6 | 2 | 1 | 3 | 8 | 14 | –6 | 7 |
| 3 | Yuventus | 6 | 1 | 3 | 2 | 9 | 9 | 0 | 6 |
| 4 | Kopenhagen | 6 | 1 | 1 | 4 | 4 | 13 | –9 | 4 |
