11 dekabr 2013 17:17
Qarabağın Bakı qarşısında itkilər silsiləsi
"Qarabağ" məşqlərə başladı. Azerisport.az xəbər verir ki, Premyer Liqanın sonuncu turunda “Neftçi”ni məğlub edərək liderliyini geri alan komanda, dünəni istirahətlə keçirmişdi.
Bu gün “Qarabağ” bazar günü qarşılşacağı “Bakı” ilə oyunun hazırlıqlarına start verib.
Amma “Qarabağ” iddialı rəqibinə qarşı tam heyətlə mübarizə apara bilməyəcək. Rəşad Sadıqovla, Reynaldo vərəqə limitinə görə, Admir Teli, Riçard Almeyda isə zədəyə görə “Bakı” ilə oyunu buraxacaq. “Neftçi” ilə oyunda zədə səbəbindən əvəzlənən Maksim Medvedevlə yanaşı, Vüqar Nadirovun da zədə problemi var. Amma adı çəkilən futbolçuların taleyinə oyun günü aydınlıq gələcək.
Xatırladaq ki, “Bakı” - “Qarabağ” oyunu dekabrın 15-i 14:00-da keçiriləcək.
(Klub saytı)
