11 dekabr 2013 16:33
Saşa Stamenkoviç: Ola bilər ki, Neftçinin problemi var
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç azerisport.az saytına müsahibəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan, komandanın məğlubiyyətindən və öz çıxışından danışıb.
- "Neftçi" bir qədər zəif oynadı. Səbəb nədədir?
- Bu gün "Qarabağ"ın qələbə istəyi daha çox idi. Onlar bizdən yaxşı oynadılar. Biz gərək məğlubiyyət barədə düşünək və səbəbləri tapaq. Ya bu gün bizim üçün uğursuz gündür. Ya da komandada problem var. Ola bilər, başqa səbəbdir.

- Penalti epizodu barədə nə deyə bilərsiniz. Qayda pozuntusu var idi?
- Artıq matç başa çatıb. Penalti zərbəsi vurulub. Ona görə indi danışmaq lazım deyil. Gəlin keçək başqa suala.

- Nədənsə həmişə penalti zamanı siz topu götürərək futbolçunun üstünə atırsınız...
- Əgər siz bizə qarşı oynayan komandaların qapıçılarına etdikləri hərəkətləri barədə sual versəniz, onda mənə də belə səpkidə sual verə bilərsiniz. Bizə qarşı da provokasiya edən olur. Bəziləri vaxtı uzadır, bəzilər başqa hərəkət edirlər.

- "Qarabağ"ı qış çempionu kimi təqdim etmək olar...
- Qarşıda 2 tur var. Bizim komanda 2 il yarım lider oldu və 3 dəfə çempionluq yaşadı. Bəzən çətin anlarımız da olurdu. "Qarabağ"la çətin oyunlarımız həmişə olub. Biz həmişə sübut etmişik ki, məğlubiyyətdən sonra özümüzə gələ bilirik. Komanda toparlanmağı bacarır. Bu dəfə də özümüzə gələ bilərik.

- Bəlkə komandada yorğunluq var...
- Ola bilər. Amma biz oyunun təkrarına baxmamışıq. Gərək baxaq və özümüzə qiymət verək. Hər hansı bir problem olsa belə bu komanda içərisində həll olunmalıdır. Bu məğlubiyyət, bizə çox şeyi öyrədə bilər.

- Heyətin güclənməyə ehtiyacı var?
- Bu məsələni baş məşqçi ilə rəhbərlik həll edir.

- "Neftçi"nin çempionluq mübarizəsində əsas rəqibi "Qarabağ"dır. Yəqin bu fikirlə razısınız...
- Bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Eyni zamanda "Qəbələ"ni də unutmaq olmaz. Çempionat boyunca həm "Qarabağ", həm də "Qəbələ" ilə yenidən görüşümüz olacaq. İndi buraxılan səhvləri düzəltmək imkanı olacaq. Ona görə hələ məyus olmağa dəyməz. Sadəcə bu səhvləri yenidən təkrarlamamalıyıq.