11 dekabr 2013 16:16
Fortunanın baş məşqçisi: Tuqrul Erat oyuna ağılla yanaşır
Düsseldorf “Fortuna”sının baş məşqçisi Oliver Rek komandanın əsas heyətində “Kayzerslautern”ə qarşı oyunda debüt etmiş, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Tuqrul Eratın oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Rek alman KİV-nə bunları söyləyib:
“O, hələ ikinci komandada oynayan diqqətimi cəlb etmişdi. Erat oyuna ağılla yanaşır. O, çox dözümlüdür. Onun futbol ustalığı var və qələbəyə can atır. Həmçinin, taktiki cəhətdən yaxşı hazırlıqlıdır.
