11 dekabr 2013 16:00
Dənizli: Əvvəl məşq, sonra Qalatasaray - Yuventus
“Xəzər Lənkəran” futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı “Rəvan”la oyuna hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün 16:00-da komanda klub bazasında növbəti məşqinə çıxacaq.
Məşqə zədəsini sağaltmış Manuel Skarlatake də qoşulacaq. Hazırlıq bir saata qədər davam edəcək. Daha sonra Mustafa Dənizli yetirmələri ilə birgə, UEFA Çempionlar Liqasının güclü qar yağması səbəbi ilə yarımçıq saxlanılmış və bu günə keçirilmiş “Qalatasaray” - “Yunentus” oyununu izləmək fikrindədir.
