11 dekabr 2013 15:00

Azərbaycanın Avro-2016-nın təsnifat mərhələsinin püşkatması zamanı yer aldığı səbət məlumdur

Futbol üzrə Avropa yığmalarının Avro-2016-nın təsnifat mərhələsinin püşkatması zamanı yer aldığı səbətlər və onların tərkibi məlumdur. Azerisport.az xəbər verir ki, bu format, UEFA İcraiyyə Komitəsinin dekabrın 12-13-də İspaniyanın Bilbao şəhərində keçiriləcək iclasında təsdiqlənəcək.
 
Püşkatma mərasimi isə 2014-cü ilin fevral ayının 23-də Fransanın Nis şəhərində keçiriləcək. Azərbaycan yığması beşinci səbətdə yer alıb.
 
Səbətlərin tərkibi:
 
1-ci səbət: İspaniya, Almaniya, Niderland, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina;
 
2-ci səbət: İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya;
 
3-ci səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Çernoqoriya;
 
4-ci səbət: Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus;
 
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr;
 
6-ci səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları.
 
Yekunda hər biri 6 komandadan ibarət 8 qrup yaradılacaq. Daha bir qrup isə 5 komandadan ibarət olacaq.
 
Təqvimin tərtibində növbəti amillər nəzərə alınacaq:
 
- Heç bir komanda evdə ardıcıl iki oyun keçirə bilməz;
 
- Hər bir komanda təsnifata evdə yaxud səfərdə oyunla (və ya əksinə) başlayacaq və bitirəcək;
 
- Soyuq qış ölkələrinin yığmaları noyabr və mart aylarında keçirəcəyi qarşılaşmaları səfərdə keçirəcəklər;
 
- Hər qrupda qışı soyuq keçən ölkələrdən üç yığma olacaq. Bu ölkələr iki kateqoriyaya bölünüb: çox soyuq qışın müşahidə edildiyi ölkələr (Finlandiya, Farer adaları, Norveç və Rusiya) və soyuq qış müşahidə edilən ölkələr (Andorra, Belarus, Estoniya, Litva, Latviya, İsveç və Ukrayna);
 
- Azərbaycan və Ermənistan, İspaniya və Cəbəllütariq, Rusiya və Gürcüstan yığmaları siyasi səbəblərdən müxtəlif qruplarda yer alacaq;
 
- İngiltərə, İspaniya, Almaniya, İtaliya və Niderland televiziya hüquqlarının təqsimi ilə əlaqədar altı komanda olan qruplarda yer alacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.