11 dekabr 2013 14:44
Ruslan Abışov: Berdıyev mənə hazır olmağımı tapşırdı
Kazan “Rubin”i Belçikaya uçuş edib. Azerisport.az xəbər verir ki, Rusiya klubu burada Avropa Liqasının sonuncu - altıncı turun çərçivəsində yerli “Zyulte-Vareqem”lə qarşılaşacaq.
“Rubin”in heyətində Belçikaya Ruslan Abışov da yollanıb. Onun ilk dəqiqələrdən meydana çıxmaq ehtimalı var.
“Zədədən sonra yaxşı forma yığmışam. Meydana çıxmağımı səbirsizliklə gözləyirəm. Düşünürəm ki, buna hazıram. Qurban Berdıyev mənə hazır olmağımı tapşırdı. Ola bilsin ki, bu oyunda oynayım”, deyə Abışov bildirib.
Xatrladaq ki, “Zyulte-Vareqem” - “Rubin” görüşü dekabrın 12-də 22:00 başlayacaq. Rusiya təmsilçisi növbəti mərhələyə vəsiqəni artıq rəsmiləşdirib.
