11 dekabr 2013 01:45

Pley-offa yüksələn daha 2 xoşbəxt klub bəlli oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə A, B, C, D qruplarında 8 matç baş tutub.
 
A qrupunda "Mançester Yunayted"in növbəti mərhələdə oynayacağı öncədən də bəlli idi. Mançester təmsilçisi 1/8 finala vəsiqə uğrunda mübarizə aparan "Şaxytor"u qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Qrupdan çıxmağa digər iddialı "Bayer" isə Avropa Liqasına getmək şansını da itirən "Real Sosyedad"ın qonağı olub. "Şaxtyor"un uduzmasından maksimum istifadə edən Almaniya klubu qələbə qazanaraq digər vəsiqəyə sahib çıxıb. İspanlar mübarizəni dayandırdığı halda "Şaxtyor" Avroliqanın pley-off mərhələsinə yollanmaq məcburiyyətində qalıb.
 
B qrupunda vəsiqəni və liderliyi öncədən təmin edən "Real" "Kopenhagen"in qonağı olub. Madrid klubu bu rəqibini də məğlub edərək Danimarka klubunun mübarizəni dayandırmasına səbəbkar olub. Günün digər oyununda isə qardaş Türkiyənin bu turnirdəki yeganə təmsilçisi "Qalatasaray" "Yuventus"u qəbul edib. "Sarı-qırmızılar"a qrupdan çıxmaq üçün yalnız qələbə lazım idi. İtaliya klubuna isə heç-heçə də sərf edirdi. Amma bu qarşılaşma İstanbula yağan güclü qar yağışı səbəbindən təxirə salınıb. Oyun bu gün qaldığı yerdən (33-cü dəqiqə) davam etdiriləcək.
 
C qrupunda da PSJ pley-offa vəsiqəni və ilk pilləni özü üçün təmin etmişdi. Paris klubu ikinci vəsiqəni qazanmaq istəyən "Benifka"nın qonağı olub. Pley-offa digər iddialı komanda - "Olimpiakos" da Avroliqaya getmək şansını itirən "Andrelext"i qəbul edib. Həm "Benfika", həm də "Olimpiakos" qrupdakı son oyununda qələbə qazanıb. Bu iki komandanın topladığı xallar da eyni olmasına baxmayaraq, qrupdan Yunanıstan klubu çıxıb. Portuqaliya təmsilçisi isə mübarizəni Avroliqada davam etdirməli olacaq.
 
D qrupunda hər iki vəsiqənin taleyi son tur ərəfəsində həll olunmuşdu. Belə ki, "Bavariya" və "Mançester Siti" artıq 1/8 finala çıxmışdı. Son turda yalnız Avropa Liqasına vəsiqənin sahibi müəyyənləşib. Bu yerə iddia edən "Viktoriya" əsas rəqibi ÇSKA üzərində qələbə qazanaraq, üçüncülüyü təmin edib. Digər oyunda isə "Bavariya" evində "Mançester Siti"yə məğlub olsa da, zirvədəki yerini qoruyub.
 
Son turun digər oyunları bu gün keçiriləcək.
 
Çempionlar Liqası
Qrup mərhələsi
10 dekabr
 
A qrupu
 
Mançester Yunayted (İngiltərə) - Şaxtyor (Ukrayna) - 1:0
Qol: Yones, 63.
 
Real Sosyedad (İspaniya) - Bayer (Almaniya) - 0:1
Qol: Ö.Toprak, 49.
 
1 Mançester Yunayted 6 4 2 0 12 3 +9 14
2 Bayer 6 3 1 2 9 10 –1 10
3 Şaxtyor 6 2 2 2 7 6 +1 8
4 Real Sosyedad 6 0 1 5 1 10 –9 1
 
B qrupu
 
Qalatasaray (Türkiyə) - Yuventus (İtaliya) matçı təxirə salınıb
 
Kopenhagen (Danimarka) - Real (İspaniya) - 0:2
Qollar: Modriç, 25, Ronaldo, 48.
 
1 Real 6 5 1 0 20 5 +15 16
2 Yuventus 5 1 3 1 9 8 +1 6
3 Qalatasaray 5 1 1 3 7 14 –7 4
4 Kopenhagen 6 1 1 4 4 13 –9 4
 
C qrupu
 
Benfika (Portuqaliya) - PSJ (Fransa) - 2:1
Qollar: Lima, 45-pen, Qaytan, 58 - Kavani, 37.
 
Olimpiakos (Yunanıstan) - Andrelext (Belçika) - 3:1
Qollar: Saviola, 4; 58, Dominqes, 90+3-pen - Klyestan, 39.
 
1 PSJ 6 4 1 1 16 5 +11 13
2 Olimpiakos 6 3 1 2 10 8 +2 10
3 Benfika 6 3 1 2 8 8 0 10
4 Anderlext 6 0 1 5 4 17 –13 1
 
D qrupu
 
Viktoriya (Çexiya) - ÇSKA (Rusiya) - 1:1
Qollar: Kolar, 77 - Musa, 65.
 
Bavariya (İngiltərə) - Mançester Siti (İngiltərə) - 2:3
Qollar: Müller, 5, Qotse, 12 - D.Silva, 28, Kolarov, 59-pen, Milner, 62.
 
1 Bavariya 6 5 0 1 17 5 +12 15
2 Mançester Siti 6 5 0 1 18 10 +8 15
3 Viktoriya 6 1 0 5 6 17 –11 3
4 ÇSKA M 6 1 0 5 8 17 –9 3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.