11 dekabr 2013 13:00

"Syominin qarşısında klub və ya yığma seçimi olarsa, hər şeyə klub prezidenti qərar verəcək"

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov azerisport.az saytına müsahibəsində komandasının bu mövsümdəki çıxışından və Yuri Syominə olan maraqlardan danışıb.
 
- Sizcə, komandanın bu mövsümdə çıxışı necədir?
- Yaxşısı budur, bu haqda mövsümün yekunlarına görə danışaq. Əgər rəhbərliyin bu zaman kəsiyi haqda fikirlərini bilmək istəyirsinizsə, bu gün biz razıyıq.
 
- Mövsümün əvvəlində komanda qarşısında avrokuboklara düşmək tapşırığı qoyulmuşdu. Hazırda “Qəbələ” yarış cədvəlində ikincidir və liderdən sadəcə bir xal geri qalır. İştaha açılıb?
- Avrokuboklar minimum tapşırıq idi. Biz heç vaxt çempion olmaq istəmədiyimizi deməmişik. Bizim buna potensialımız var və nə üçün Azərbaycan çempionatını qazanmayaq?
 
- Yəqin ki, klub rəhbərliyi məşqçi ilə görüşüb və qış transferləri haqda danışmışınız. Komandada çox dəyişiklik olacaq?
- Məşqçi qərargahı bir çox mövqeləri gücləndirmək istəyir. Xüsusən, gücləndirmə müdafiədə tələb olunur. Hələlik danışıq apardığımız konkret oyunçular yoxdur ki, sizə bu haqda məlumat verim.
 
- Syominin komandanı nə qədər yaxşı tanıdığını nəzərə alsaq, sizdən gurultulu transferlər tələb etməyib?
- Yuri Syomin Azərbaycan futbolunun reallığını yaxşı qiymətləndirir. Bilir ki, komandanı gücləndirmək üçün müəyyən büdcə var. O, bizdən heç bir gurultulu nə isə tələb etməyib.
 
- Rusiya KİV-də Syominin Azərbaycan yığmasının baş məşqçisi ola biləcəyi haqda məlumat yayılıb. AFFA-dan bu məsələ ilə bağlı müraciət olmayıb?
- Düzü, müxtəlif nəşrləri şərh etmək istəməzdim. Bunların çoxu şayiələrə əsaslanır. Hələlik heç bir təklif gəlməyib. Bu haqda danışmaqda heç bir məna görmürəm.
 
- Əgər təklif gəlsə?
- Əgər AFFA tərəfindən müraciət gəlsə, məşqçimizin hər hansı planı olsa, bu halda bu barədə söz demək olar. Əgər nə isə olsa, seçim yaransa: yığmada ya klubda işləmək və ya hər iki vəzifəni icra etmək, onda hər şeyi klub prezidenti həll edəcək.
 
- Bəs ümumiyyətlə, klub rəhbərliyi Rusiya KİV-də müxtəlif nəşrlərə necə yanaşır? Axı premyer-liqada hər məşqçi istefasindan sonra sizin məşqçinin adı hallanır.
- Görünür, kimsə bunda maraqlıdır. Bunu heç şərh etmək belə istəmirəm. Yaxşısı budur, ilk mənbədən xəbər alın, onda həqiqət üzə çıxar.
 
- Demək, Yuri Syomin ən azı bu mövsümün sonuna qədər “Qəbələ”də işləyəcək?
- Bəli.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.