11 dekabr 2013 00:46
Xəzər Lənkəran doğma məkana qayıtdı
Topaz Premyer Liqasının 17-ci turunda “Rəvan”ı qəbul edəcək “Xəzər Lənkəran” ötən gün Bakını tərk edərək doğma şəhərə yollanıb. Azerisport.az xəbər verir ki, axşam saatlarında Lənkərana çatan komanda bazada məskunlaşıb.
"Xəzər Lənkəran" bu gün saat 11:00-da Lənkəran şəhər stadionunda məşqlərə başlayacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Rəvan" oyunun dekabrın 15-də baş tutacaq və saat 16:00-da start götürəcək.
