10 dekabr 2013 13:00
Sumqayıt İK-nın cərimələr dalğasına tuş gəldi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Simurq” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“İnter” – “Xəzər Lənkəran” matçının 43-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Sumqayıt” – “Bakı” matçının 90+2-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Slavik Alxasov və keçən tur cəzalandırılmış futbolçusu Samir Abbasov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanıb, klub 8000 manat cərimə olunub.
