10 dekabr 2013 00:20
Cihan Özkara ehtiyatda qaldı, komandası Beşiktaşdan xal aldı
Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə “Beşiktaş”ın qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib.
"Sivasspor"un baş məşqçisi Roberto Karlos bu matçda millimizin üzvünə oynamaq şansı verməyib. Cihan sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Sivasspor" 14 turdan sonra 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Türkiyə Super Liqası
14-cü tur
9 dekabr
Beşiktaş - Sivasspor - 1:1
