10 dekabr 2013 12:22
Mindauqas Kalonasın mövsümdə 7-ci qolu
Topaz Premyer Liqasının 16-cı turuun “Sumqayıt” - “Bakı” oyununda qonaq komandanın ilk qolunun müəllifi kimi Mario Alvarez göstərilmişdi. Azerisport.az xəbər verir ki, sonradan qolun Mindauqas Kalonas tərəfindən vurulduğu müəyyən olundu.
Bununla əlaqədar olaraq, müvafiq dəyişikliklər aparılıb.
Qeyd edək ki, 16 turdan sonra Mindauqas Kalonasın aktivində 7 qol var.
(PFL)
