10 dekabr 2013 12:12
Nurlan Novruzov: 2014-cü ildə Sumqayıtda olmayacağam
“Sumqayıt”ın hücumçusu Nurlan Novruzov azerisport.az saytına açıqlamasında Türkiyənin “Şanlıurfaspor” klubunun maraq dairəsində olmasını şərh edib.
“Hələlik bu barədə heç nə deyə bilmərəm. Bu il daha iki oyun keçirmək qalıb. Bundan sonra nəsə deyə bilərəm. Ancaq xaricdə oynamaq istəyimi gizlətmirəm. Yanvarda Azərbaycanda olmayacağam. Bu, 100%-dir. Başqa kluba keçəcəyəm”.
