10 dekabr 2013 10:55
Xəzər Lənkəran oyunçularına daha bir gün fasilə verildi
“Xəzər Lənkəran” futbol üzrə Topaz Premyer Liqasının 17-ci turunda qarşılaşacağı “Rəvan”a qarşı oyuna hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, cənubluların planlarında dəyişiklik baş verib.
Komanda daha bir gün Bakıda qalacaq və sonra Lənkərana yola düşəcək. Məşqçi qərargahı “İnter”lə oyundan sonra futbolçulara daha bir istirahət vermək qərarına gəlib.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Rəvan” oyunu dekabrın 15-də Lənkəran Şəhər stadionunda keçiriləcək.
(12-ci oyunçu)
