10 dekabr 2013 19:15
Xəzər Lənkəran 2013-cü ilin qolunu seçir (VİDEO)
"Xəzər Lənkəran" TV azarkeşləri 2013-cü ilin ən yaxşı qolunu seçməyə dəvət edir. Azerisport.az xəbər verir ki, bunun üçün klubun rəsmi saytında olan sorğu bölümündə bəyəndiyiniz qolu seçmək kifayətdi.
Səsvermə həmçinin "Xəzər Lənkəran"ın rəsmi Facebook səhifəsində də aparılır.
Qeyd: İlin son iki oyunundan asılı olaraq siyahıya əlavələr edilə bilər.
"İlin qolu" nominasiyasında aşağıdakı altı qol təqdim edilir:
1. Rahid Əmirquliyev ("Rəvan", səfər, 27.02.2013)
2. Kazım Kazımlı ("Turan", ev, 08.05.2013)
3. Rahid Əmirquliyev ("Slima Uonderers", ev, 11.07.2013)
4. Deyvid Sakkoni (AZAL, səfər, 22.09.2013)
5. Rasim Ramaldanov ("Neftçi", neytral, 23.10.2013)
6. Elnur Abdullayev (AZAL, ev, 30.11.2013)
Qollara aşağıdakı çarxda bir daha nəzər sala bilərsiniz:
