10 dekabr 2013 18:33

Yuri Syomin Azərbaycan yığmasının sükanı arxasında?

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə əsas namizədlərdəndir. Azerisport.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, AFFA yığmanın hazırkı baş məşqçisi postuna namizəd axtarışları nəzərdən keçirir.
 
“Məşqçinin müqaviləsi ilin sonunda başa çatır. Yığmanın sükanı arxasına namizədlərdən biri 66 yaşlı Yuri Syomindir. O, yerli futbolun incəliklərinə artıq varıb.
 
Syominin özü bu xəbəri şərh etməyib, ancaq bildirib ki, Azərbaycanda işləmək ona xoşdur: “Hazırda mən tamamilə “Qəbələ”dəki işimə köklənmişəm. Bizə çempionatın ən yüksək pilləsi uğrunda mübarizədə “Neftçi” və “Qarabağ”a qoşulmaq müyəssər olub. Ümumilikdə yerli çempionatın səviyyəsi qalxıb. İnfrastruktur nöqteyi-nəzərindən və maliyyə yatırımı baxımından futbol yaxşı səviyyədədir. Bura keyfiyyətli futbolçular və adlı-sanlı məşqçilər gəlir. Düşünürəm ki, Rusiya və Ukrayna birinciliklərindən sonra, Azərbaycan çempionatı keçmiş İttifaq miqtasında üçüncüdür”.
 
Məşqçinin rəsmi təmsilçisi Dmitri Selyuk hesab edir ki, Azərbaycan futbolunun rəhbərlərinin seçimi tamamilə haqlıdır: “Azərbaycan futbol federasiyasının Syominin namizədliyini baxışdan keçirməsində təəccüblü heç nə yoxdur. Syominə layiq olduğunu vermək lazımdır. O, həmişə yarış cədvəlinin aşağılarında mübarizə aparan “Qəbələ” ilə yaxşı nəticələr qazanmağa nail olub. Onun rəhbərliyi altında komanda, artıq çempionluğa namizəddir. Yuri Pavloviç “vurulmuş təyyarəçi” deyil, böyük hərflə məşqçi olduğunu artıq sübut edib. O, bir daha sübut edib ki, nəinki böyük imkanları olan adlı-sanlı klublar, hətta əvvəllər böyük uğurlara imza atmamış kiçik şəhər klubları ilə də işləyə bilər. Əminəm ki, yerli federasiyadan başqa, Syominin xidmətlərində klub rəhbərləri də maraq göstərməlidir. Biz istənilən halda bu variantı baxışdan keçirəcəyik. Ancaq düşünürəm ki, Syomin, klub futboluna üstünlük verəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.