10 dekabr 2013 17:11
Necati Atəş: Azərbaycanın Türkiyəyə qalib gəlməsini hələ unutmamışıq
Türkiyənin “Eskişehirspor” klubunun futbolçusu Necati Atəş azərisport.az saytına müsahibəsində mətbuatda yayılan xəbərlərdən, Azərbaycan futbolundan və qüvvədə olan müqaviləsindən danışıb.
- Son günlər Azərbaycan mediasında adınız tez-tez çəkilir...
- Mən adımı Türkiyə mediasında tez-tez oxuyuram. Yəqin, Mustafa Dənizlinin Azərbaycanda işləməsi ilə əlaqədardır. Fürsətdən istifadə edib hocaya salamlarımı göndərirəm. Mustafa Dənizli Türkiyədə sözünü deyən, səviyyəli məşqçilərdən sayılır. Onun Azərbaycanda işləməsi ancaq xeyrinizə olacaq. Onun peşəkarlığını yaxın zamanlarda görəcəksiniz.
- Sənin “Xəzər-Lənkəran”da oynayacağın deyilir...
- Sözün düzü, təklif olmayıb. Hazırda bütün fikrim “Eskişehirspor”la bağlıdır. Komandamızla yeni oyuna hazırlaşırıq. Türkiyə mətbuatında xəbəri oxuduqdan sonra, çoxlu zənglər almışam. Səmimi deyim ki, rəsmi təklif olmayıb. İndi bütün çempionatlarda vacib oyunlar keçirilir. Transfer dövrü qışda olur.
- Əgər təklif olsa münasibət necə olacaq?
- İlk olaraq klubla danışmaq lazım olacaq. Çünki, qüvvədə olan müqaviləm var. İkinci növbədə mənim fikrim öyrəniləcək. Çox şey, təklif olunan şərtlərdən asılıdır. Əgər şərtlər yaxşı olsa, razılaşmaq mümkündür. Mustafa Dənizli adi məşqçi deyil. Onun təklifinə “yox”, demək mümkün deyil. Sadəcə bir qədər düşünmək lazımdır. Azərbaycana gəlmək barədə düşünməmişəm.
- Azərbaycan futbolu haqda hansı məlumatınız var?
- Yığma komandanızda Berti Foqts çalışır. Milliniz son oyunlarda yaxşı nəticələr qazandı. Klublarınızda çoxlu sayda legioner oynayır. Türkiyədən Bülənt Qorxmaz, Rasim Kara və digərləri Azərbaycanda çalışıb. Futbolçularımız sizin çempionatda çıxış edib. Oqtay Dərəlioğlu kimi məşhur futbolçumuz “Xəzər-Lənkəran”da oynayıb.
- “Xəzər-Lənkəran” haqda nə bilirsən?
- Azərbaycanın ən imkanlı klublarından biridir. Bakının yaxınlığında yerləşir. Bilirəm ki, Mustafa Dənizli bu komandaya gəldiyi üçün dəyişiklik qaçılmazdı. Dənizli həmişə heyəti istədiyi kimi qurur və uğur qazanır. Əlbəttə, yeni futbolçular dəvət edəcək. Ona bir qədər vaxt lazımdır. Ondan sonra, siz “Xəzər-Lənkəran”dakı dəyişikliyi görəcəksiniz.
- Bu komanda cari çempionata pis başlayıb. Mustafa Dənizli yalnız kubokda uğur qazana bilər...
- Ona bir qədər vaxt verin. Azərbaycan üçün ən yaxşısını edəcək. Kubokda qalib gəlməklə Avropaya getmək olar. Ona görə şans var. Azərbaycan bizim üçün qardaş ölkədir. Biz orda sevə-sevə işləyirik. Mustafa Dənizli “Xəzər-Lənkəran”ı yeni səviyyəyə çıxarmaq istəyir. Ona lazımi şərait yaradılsa, nəticə özünü çox gözlətməyəcək.
- Sənin üçün bizim futbolumuzdan ən yadda qalan məqam hansıdır?
- Azərbaycan yığmasının Türkiyəyə qalib gəlməsi. Onu hələ unutmamışıq.