10 dekabr 2013 16:55
I Divizionun bir oyununun keçirilmə vaxtı dəyişdirildi
Futbol üzrə Azərbaycan I Divizionunda 14-cü turun MOİK - “Lokomotiv” oyununun keçirilmə tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda 15 dekabr 2013-cü il tarixində Premyer Liqasının növbəti təqvim oyunu keçirildiyi üçün, MOİK - “Lokomotiv” matçı 15 dekabr 2013-cü il tarixindən 13 dekabr 2013-cü il tarixinə keçirilib.
(PFL)
