10 dekabr 2013 16:22
Kazbek Tuayev: O təlxəyi dayandırmaq lazımdır
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Neftçi” oyunu zamanı, bakılıların qapıçısı Saşa Stamenkoviçin Çumbinyonun penaltini vurmağa hazırlaşdığı anda qəribə davranışına münasibət bildirib.
“Bu qapıçını, mən hətta təlxəyi deyərdim, dayandırmaq lazımdır. Hakimlər ona qarşı sərt olmalıdır. Belə yüngül hərəkətə görə, onu bir dəfə ciddi cəzalandırmaq lazımdır. Nazim Süleymanov nə isə etməlidir”.
