10 dekabr 2013 16:13
İsrafilov oynadı, Mursiya qələbəni əldən verdi
İspaniyada Sequndanın 17-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası “Real Mursiya” səfərdə “Mirandes”ə qarşı oynayıb və görüş 1:1 hesabı ilə başa çatıb.
İsrafilov 90 dəqiqə meydanda mübarizə aparıb.
Qeyd edək ki, hesab 88-ci dəqiqəyə qədər “Musrsiya”nın xeyrinə olub. Hazırda İsrafilovun komandası 23 xalla 12-ci pillədə qərarlaşıb.
