10 dekabr 2013 16:00

Kazbek Tuayev: Hər böyük məşqçi özünü Azərbaycan çempionatında göstərə bilməz

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində Azərbaycan futbolundakı son hadisələri şərh edib.
 
- Azərbaycan futbolunda baş vermiş hadisələrdən ən çox nə yadda qaldı?
- Con Toşakın istefası. Vaxt göstərdi ki, hər böyük məşqçi özünü Azərbaycan çempionatında göstərə bilməz. O, bizim mentalitet və şəraitin öhdəsindən gələ bilmədi. Bu, ölkəmizə böyük adlar dəvət edənlərə bir xəbərdarlıqdır. Başqa bir nümunə Yuri Syomindir. “Qəbələ” onun rəhbərliyi altında hələ ki, yaxşı nəticələr göstərir. Syominə asan idi. Belə ki, o, ruhən bizə yaxındır. Görək, Mustafa Dənizli “Xəzər Lənkəran”da nə edə biləcək.
 
- “Qarabağ”- “Neftçi” qarşılaşmasına baxdınız?
- Elə alındı ki, bu görüşü “Arsenal” - “Everton” oyunu ilə paralel izlədim. Bax, daha çox ağdamlılarla bakılıların mübarizəsinə diqqət yetirirdim. Belə bir oyuna komandaları iki azərbaycanlı məşqçinin çıxarması xoş idi. Qurban Qurbanov və Nazim Süleymanov - mənə yaxın iki adam. Oyunun özünə gəlincə, görünürdü ki, Qurban komandasını daha yaxşı hazırlayıb. Bakılıların oyunu xoş gəlmədi. Nazimin oyunçuları özünü meydanda necə isə sərbəst hiss edirdilər.
 
- Ağdamlıların oyununu çempionluq oyunu adlandırmaq olar?
- Tələsməyək. Görünürdü ki, komandalardan biri darıxıb, biri isə doyub. Çempionluq hələ uzaqdadır. Uzaqdır və çox uzaqdır.
 
- “Neftçi”də Nazim Süleymanovun işləri hələ ki alınmır.
- Hələ ki qorxulu heç nə baş verməyib. Onun yaxşı oyunları olub. Hər şey belə də sadə deyil. Hələ uyğunlaşma gedir. Əminəm ki, Nazimin komandanı kökləmək üçün təcrübəsi yetəcək. Berti Foqts haqda nə desələr də, Nazim ondan çox şey mənimsəyib.
 
- 16 turdan sonra çempionatın ən sərrast bombardiri hesabında səkkiz top olan Vaqif Cavadovdur. Siz bunu az hesab etmirsiniz?
- Bu müsibət deyil. Mən bir mövsümdə 14-15 qol vurmuşam. Digərində cəmi bir. Ən əsası, Vaqif yığmada Rusiyaya qol vurdu və bütün ölkəni sevindirdi (gülür). Bundan başqa ondan heç nə lazım deyil.
 
- Dekabrın 18-də kimə səs verəcəksiniz?
- Asan sual deyil. Dolğun cavab tələb edir. Mən çox istəyirəm ki, Azərbaycan yığmasını bizim yerli mütəxəssis çalışdırsın. Məsələn, mən orda Qurban Qurbanovu və ya Nazim Süleymanovu, Vaqif Sadıqovu görürəm. Ancaq hamısına hörmət olaraq deyirəm, onlar üçün hələ tezdir. Foqts pis işləməyib. Xüsusən son təsnifat mərhələsində. Düşünürəm ki, alman mütəxəssisə daha bir mərhələ vermək lazımdır.
 
- Bundan başqa, bunu bütün komanda istəyir.
- Onların fikrini soruşmaq nəyə lazım? Öz işləri ilə məşğul olsunlar. Bu, onların işi deyil. Elə oyunçular görmüşəm ki, bu gün birini dəstəkləyir, sabah digərinin dalınca gedir. Onlar öz bəyanatlarında işin mahiyyətini bilmədən qabaqcadan hasil olmuş rəyə əsaslanan qənaətdədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.