10 dekabr 2013 14:44
Tuqrul Erat: Ümid edirəm ki, uğurun davamı gələcək
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuqrul Erat Düsseldorf “Fortuna”sının əsas heyətində debütü ilə bağlı şərh verib. Azerisport.az xəbər verir ki, Erat Bundesliqa-2-nin 17-ci tur qarşılaşmasında “Kayzerslautern”ə qarşı oyunda meydana çıxaraq 90 dəqiqə meydanda olub və oyunsonrası Almaniya KİV-nə bunları söyləyib:
“Oyunqabağı elə həyəcanlı, narahat idim ki, sanki dəridən çıxacağımı hiss edirdim. Mənə Tobias Levels çox kömək etdi. O, mənə oyunun gedişində nə vaxt irəli-geri gedəcəyimi deyirdi. Bu, peşəkarların heyətində mənim ilk oyunum idi. Ümid edirəm ki, bu, sonuncu deyil. İndi mən sadəcə xoşbəxtəm. Ümid edirəm ki, bunu davamı gələcək”.
Xatırladaq ki, oyun “Fortuna”nın 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb və hazırda komanda 22 xalla 12-ci pillədə qərarlaşıb.
