10 dekabr 2013 14:33
Azərbaycan yığmasının yarımmüdafiəçisi Almaniya klubunun əsas heyətində debüt etdi
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuqrul Erat Düsseldorf “Fortuna”sının əsas heyətində debüt edib. Azerisport.az xəbər verir ki, Erat Bundesliqa-2-nin 17-ci tur qarşılaşmasında “Kayzerslautern”ə qarşı oyunda meydana çıxıb və 90 dəqiqə meydanda olub.
Oyun “Fortuna”nın 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb. Erat hücum xəttinin sağ cinahında göstərdiyi oyuna görə yüksək qiymət alıb.
Qeyd edək ki, Eratın komandası 22 xalla 12-ci pillədə qərarlaşıb.
