10 dekabr 2013 14:00
Samir Abbasov: Belə çıxır ki, hakimlər istədiyini edə bilər?
“Sumqayıt”ın kapitanı Samir Abbasov azerisport.az saytına açıqlamasında, komandanın üç oyunçusunun (Ruslan Qurbanov, Slavik Alxasov və özünün) futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyunda hakim Rauf Cabbarovu təhqir etməsi səbəbi ilə cəzalanmasına dair fikrini bildirib.
“Hakim birinci olaraq Ruslanı söydü. Bu, tribunadan eşidilirdi. Mən nə baş verdiyini başa düşürəm. Bu, hər hansı ssenaridir. Belə çıxır ki, hakimlər istədiyini edə bilər? Ətrafda ancaq ədalətsizlikdir. Klub rəhbərliyi ilə görüşməmiş, daha heç nə deyə bilmərəm”.
