10 dekabr 2013 13:44
U-19-un təlim-məşq toplanışı olacaq
2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının dekabrın 23-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, yığmamızın üzvləri dekabrın 27-də laktat testi verəcək.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı saytımızda yerləşdiriləcək.
(AFFA)
