10 dekabr 2013 13:13
Baş məşqçiyə 5 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – MOİK matçının 56-cı dəqiqəsində MOİK-in futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Turan-T” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Neftçala” matçında “Şəmkir”in 5, “Neftçala”nın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.
“Göyəzən” – “Energetik” matçında “Göyəzən”in 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Lokomotiv” – “Bakılı” matçının 67-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Rövşən İsmayılov aqressiv oyuna görə biraşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Araz Naxçıvan” – “Ağsu” matçında “Araz Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Mil-Muğan” – “Şahdağ” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 55-ci dəqiqəsində “Mil-Muğan”ın baş məşqçisi Mətləb Məmmədov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
