9 dekabr 2013 00:50
Cavid İmamverdiyev: Neftçi üçün hələ heç nə itirilməyib
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş oyunda “Qarabağ”a 1:3 hesablı məğlubiyyətə şərh verib.
“Bu gün oyunumuz alınmadı. Erkən qol buraxıb çoxlu səhvlərə yol verdik. Rəqib bunlardan istifadə etdi. Uduzmaq istəmirdik. Düşünürəm ki, səhvlərimizi təhlil etməliyik. Hələ heç nə itirilməyib”.
