9 dekabr 2013 00:44
Rəşad Sadıqov: Şükürov sadəcə zarafat edib
Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində “Nefçi”nin müdafiəçisi Mahir Şükürovun benzinin qiymətinin ona təsir etmədiyi və “neftçilər”ə yanacağın ARDNŞ tərəfindən pulsuz çatdırılması haqda sözlərinə şərh verib.
“Düşünürəm ki, Şükürov zarafat edib. O, ümumiyyətlə zarafatı sevir. Özüm “Neftçi”də oynamışam və inanın, bilirəm ki, benzin orada pulsuz paylanmır”.
