9 dekabr 2013 00:10
Popoviçlə Ndukanın komandası məğlub oldu
Azərbaycan yığmasının qapıçısı Andrey Popoviç və sabiq müdafiəçisi Usim Ndukanın komandası “Tavşanlı Linyitspor” futbol üzrə Türkiyə Birinci divizionunun 16-cı turunda “Adana Demirspor”a 0:3 hesabı ilə məğlub olub. Azerisport.az xəbər verir ki, Nduka ehtiyatda, Popoviç isə iştirak ərizəsindən kənarda qalıb.
15 oyundan sonra “Tavşanlı Linyitspor” 9 xalla 18-ci pillədə qərarlaşıb.
