9 dekabr 2013 11:44
Mahir Şükürov: Çempionatın qalibi sonda məlum olur
"Neftçi"nin futbolçusu Mahir Şükürov azerisport.az saytına müsahibəsində "Qarabağ"a qarşı oyunda məğlubiyyətdən və oyun zamanı yaranan gərginlikdən danışıb.
- Komandanın oyunu sanki alınmadı...
- Yaxşı hazırlaşmışdıq. Çətin olacağını bilirdik. Rəqib güclü komandadır. Oyun istədiyimiz kimi alınmadı. "Qarabağ" səhvlərdən maksimum yararlandı və sonda qələbə qazandı. Taktiki cəhətdən düzgün seçim etmişdilər. Ona görə yekunda sevinən tərəf onlar oldu.
- "Qarabağ" güclü idi, yoxsa "Neftçi" zəif oynadı...
- İkinci hissə biz yaxşı oynadıq. Sadəcə öz səhvimiz ucbatından ikinci qolu buraxdıq. Ardınca penalti oldu. Hesab 3:1 olanda nəticəni dəyişmək çox çətin olur. Biz çalışırdıq yenə qol vuraq. Lakin belə komanda ilə oyunda 2 top geridə olanda oynamaq çətindir.
- Penalti var idi?
- Düzü epizodu görmədim. Top iki futbolçunun arasında idi. Mən qayda pozuntusuna fikir vermədim, ona görə fikir bildirmək istəmirəm.
- Penalti zamanı Rəşad Sadıxovla mübahisənin səbəbi nə idi?
- Biz mübahisə etmirdik. Sadəcə anlaşılmazlıq oldu, o barədə danışdıq. Orada mübahisə yox idi. Sadəcə söhbət edirdik. Kapitanlar hər zaman danışmaq imkanına malikdir.
- "Neftçi"də bu gün nə çatışmadı...
- İndi danışmaq çətindir. Yəqin ki, oyunu analiz edəcəyik. Səhvlər onda görünəcək.
- Bəlkə güclənmək lazımdır?
- Bu suala baş məşqçi cavab verə bilər. Qarşıda 2 tur var. Hələ lider dəyişə bilər. Çempionat uzun marafondur və bir oyunla heç nə həll olmur. Qış çempionu olmaq deyəndə, əsas maydır. Bizim üçün vacib sonda çempion olmaqdır. Çempionatın qalibi sonda məlum olur.
- Son dəqiqələrdə "Qarabağ" futbolçuları 5-6 dəqiqə top saxladı və siz onlardan topu ala bilmirdiniz...
- Futboldur, hər şey olur. Futboldur, bu gün uduzduq. Sabah qalib gələ bilərik.
- Son açıqlaman böyük rezonans yaradıb. Doğurdan benzin 1 manat olsa sizə təsir etməyəcək?
- Mən elə fikir söyləməmişəm. Fikrim düzgün yazılmayıb. Mən ümumiyyətlə benzin məsələsinə müdaxilə etmirəm. Yuxarıda oturanlar bilər. Sonradan bəzi saytlara da dedim ki, fikrim təhrif olunub. Bizə heç kim benzin vermir, bu yalandır.
- Yəni benzinin qiymətindəki artım sənə təsir edir?
- Təsir edir deyəndə, mən gündəlik maşın sürmürəm. Ona görə problem yoxdur.