9 dekabr 2013 10:44
AZAL-ın uğursuz seriyası başa çatdı
Bakının AZAL klubunun qələbəsiz oyunlar seriyası başa çatıb. Azerisport.az xəbər verir ki, ardıcıl 10 oyunda qələbə qazana bilməyən Vaqif Sadıqovun yetirmələri Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş “Rəvan”a qarşı oyunda meydanı qalib kimi tərk edib - 2:1.
Sonuncu dəfə 5-ci turda qələbə qazanmış AZAL, sentyabrın 1-də səfərdə “Qarabağ”ı məğlub etmişdi - 1:0. 98 gündən sonra yenidən 3 xal əldə edən AZAL bu müddətdə 6 heç-heçə edib və 4 dəfə məğlub olub. Qeyd edək ki, bu uğursuzluq zolağı, klubun tarixində ən uzun qələbəsiz matçlar seriyasıdır.
(PFL)
