9 dekabr 2013 10:22

Rəşad Sadıqov: Yəqin, Mahir Şükürov zarafat edirdi

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində "Neftçi" ilə görüşdən, komandasının oyunundan və Mahir Şükürovla olan insidentdən danışıb.

-Oyundan razı qaldınızmı?
- Fikrimcə derbiyə yaraşan görüş oldu. Hər iki komanda yaxşı oynadı. Bu qələbə bizə lazım idi. Amma qazanılan qələbə heç nəyi həll etmir. Qarşıda çoxlu sayda oyunlar var. "Neftçi", "Qəbələ"dən çox uzaqlaşmaq olmur. İrəlidə 20-dən çox matç var. Sona qədər uğuru davam etdirmək lazımdı.

- Hakimliklə bağlı nə deyə bilərsən. Vüsal Əliyevin penalti təyin etməsi haqlı qərar idi?
- Oyundan əvvəl hakimə demişdim ki, kim güclüdürsə o da qalib gəlsin. İstəmirdim kiməsə simpatiya olsun. Kiçik səhvlər ola bilər. Amma nəticəyə təsir edən səhv yox idi. Penalti məsələsinə gəldikdə epizoddan uzaq idim. Fikrimcə orda qayda pozuntusu var idi.

- Matç zamanı Mahir Şükürovla insidentin oldu...
- Penalti epizodunda anlaşılmazlıq oldu. Namiq Yusifovu arxadan topa vurdular. Mahir bunu görmədi. Söz deyəndə başa düşmədi, amma sonradan hər şey həll olundu. Futboldur, anlaşılmazlıq ola bilər.

- "Qarabağ" üçün qış çempionluğu nə deməkdir...
- Biz qış çempionu deyilik. Qarşıda 2 çətin oyun var. "Bakı" ilə görüş çətin olacaq. Komandamız itkilərlə oynayacaq. Mən 4-cü sarı vərəqəni aldım və növbəti oyunu buraxıram. Hər oyunda itki ola bilər. Hələ qış çempionu olmamışıq. Digər tərəfdən, əsas sona qədər qələbə qazanmaqdır.

- Ola bilər Flavinyonun bağışlanması sizin komandaya əlavə motivasiya verdi?
- Flavinyonun bağışlanması bizə problem yaratmadı. Mən həmişə istəmişəm ki, güclü futbolçular derbidə oynasın. Flavinyoya qarşı oynamaq çətin olsa da, onun oynaması marağı artırır. Bizdə Almeyda, Reynaldonun olması yaxşı olur. Çünki, bu futbolçular komandanın oyununa təsir edir. Derbidə güclülərin meydanda olması azarkeşləri sevindirir.

- Mahir Şükürov yerli KİV-ə müsahibəsində deyib ki, benzinin qiymətinin qalxması ona təsir etmir. Yəni, lap 1 manatda olsa o benzini SOCAR-dan alır. Yığmanın kapitanı kimi nə deyə bilərsən bu barədə...
- Mahir zarafatcıl oğlandır. Tez-tez zarafat edir. Yəqin zarafat edib. Ciddi belə danışmaz. Futbolçulara benzin verilməyib. Hələ "Neftçi"də oynayanda bizə heç vaxt benzin verilməyib. Özüm də o komanda da oynamışam və belə söhbət olmayıb. Şükürov zarafat edib. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.