9 dekabr 2013 18:09
Yığmamız Türkiyə ilə matça bu heyətlə çıxacaq
Dekabrın 3-dən etibarən Azərbaycanın futzal üzrə yığma komandası Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışındadı. Azerispor.az xəbər verir ki, komandamız ayın 10-da və 12-də yerli yığma ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq.
Lakin komandamızın aparıcı futbolçusu Maşado Nilson bu görüşlərdə forma geyə bilməyəcək. Buna səbəb onun zədəli olmasıdı.
Baş məşqçi Joze Alesio da Silva Türkiyə ilə görüşlərdə bu heyətə güvənəcək:
Buranello, Marat Salyanski, Vahid Qocayev, Felipe, Amadeu, Edu, Auqusto, Elnur Qəmbərov, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə, İlkin Hacıyev, Seymur Məmmədov.
