9 dekabr 2013 17:31
Melvin Platye: Qəbələni udsaq hər şey yaxşı olacaq
"Neftçi"nin futbolçusu Melvin Platye azerisport.az saytına açıqlamasında "Qarabağ"la oyundan danışıb:
"Mən meydana çıxanda artıq komandam uduzurdu. Biz demək olar ki, son dəqiqələrdə heç nə edə bilmədik. İlk hissədə yaranan qol şanslardan istifadə etmək lazım idi. Şanslarımızı boşa verdik. Bəxtimiz gətirmədi. Fasiləyə qədər vurmadıq, sonda belə oldu. Məğlubiyyətə baxmayaraq əsas mübarizə hələ irəlidədir. Qarşıda bizi çətin oyunlar gözləyir. Növbəti tur "Qəbələ"ni qəbul edəcəyik. Bu görüşdə bizi yalnız qələbə razı sala bilər. Əgər "Qəbələ"ni udsaq vəziyyətimiz düzələcək. Hələ heç nə itirilməyib".
