9 dekabr 2013 17:17
Rahid Əmirquliyev: Mövsümü 8-ci pillədə bitirmək istəmirik
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş oyunda "İnter"lə heç-heçədən (0:0) danışıb.
- Oyun haqda nə deyə bilərsiniz?
- Belə küləkdə oynamaq çətindir. Topla davranmaq olmur. Buna rəğmən, yaxşı futbol göstərdik. Sadəcə, həmişə olduğu kimi, qol vəziyyətlərimizndən istifadə edə bilmədik.
- Birinci hissə ikincidən yaxşı alınır, niyə?
- (Gülümsəyir) Klək birinci hissədə bizə, ikincidə rəqibə kömək edirdi. Hər şey qanunauyğundur.
- Oyundan sonra komanda yoldaşlarınızın əhvalı heç də pis deyildi. Nəticə qane etdi?
- Düzü, nəticəni vacib hesab etmirəm. Biz üç xal dalınca gəlmişdik. Onsuz da çox xal itirmişik.
- Mustafa Dənizli Premyer Liqada ilk oyunundan sonra nə dedi?
- Oyundan sonra bizimlə birgə, paltardəyişmə otağında idi. Ancaq heç nə demədi. Yəqin ki, bizə deyəcəklərini sonraya saxlayıb.
- Komandanız üçüncü yerdən 15 xal geridə qalır. Üçlüyə düşmək bu mövsüm az inandırıcı görünür. Əminliklə demək olarmı ki, “Xəzər Lənkəran”ın məqsədi bu mövsümdə ölkə kubokudur?
- Əlbəttə, yaranmış vəziyyəti anlayırıq. Ancaq mövsümü 8-ci pillədə bitirmək istəmirik. Beləliklə, Premyer Liqada irəliləmək üçün amilimiz var.
- “İnter”ə qarşı göstərdiyiniz oyun, ümidvericidir?
- Biz daha yaxşı oynamalıyıq. Bizim yeni baş məşqçimiz var və təbii ki, biz yaxşı oynamalı və qollar vurmalıyıq.
