9 dekabr 2013 15:51
Georgi Nikolov: PFL bəzən sülhməramlı rol oynamalıdır
“İnter”in prezidenti Georgi Nikolov “Neftçi” rəhbərliyi ilə münasibətlər haqda azerisport.az saytına danışıb:
“Bəli, oyundan sonra “Neftçi” funksionerləri ilə görüşmək istəyimi bildirdim. Yox, biz görüşmədik. Düşünürəm ki, hər şey öz-özünə yoluna düşdü. Mən öz fikrimi dəyişdim. Ola bilər, mənim bəyanatım emosiya üzərində köklənmişdi. Bu vəziyyətdə PFL-in tərəfləri barışdırmaq üçün təşəbbüsü ələ almağını doğru hesab edirəm. Bu, liqanın missiyalarından biridir”.
Xatırladaq ki, futbol üzrə Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş “İnter” - “Neftçi” oyununda (3:1), hər iki klubun oyunçuları və icraçıları arasında münaqişə baş vermişdi.
