9 dekabr 2013 14:31
Daniel Subotiç: Son anda qol vurmaq insana fərqli duyğular yaşadır
“Qəblənin”nin hücumçusu Daniel Subotiç futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Simurq”a qarşı keçirilmiş oyunda 2:1 hesablı qələbəyə şərh verib.
"İnanılmaz oyun idi. Mövsümdə ilk dublumu rəsmiləşdirdim. Qələbəyə görə çox sevincliyəm. “Qəbələ” ikinci hissədə xarakter nümayiş etdirdi. İlk qolu vursaq da, qapımızda sanssız şəkildə qol gördük. Amma ruhdan düşmədik, sona qədər döyüşdük. Düşünürəm ki layiqli qələbə qazandıq.
Komandam mənim qol vurduğum oyunların hamısında qələbə qazanıb. Bu uğurlu statistikanın davam etməsinə görə çox şadam. Önəmli olan komandamın qalib gəlməsi və xal ehtiyatını zənginləşdirməsidir. İnanıram ki, qol vurmağa və qələbə qazanmağa davam edəcəyik. "Simurq" üzərində qələbəmiz çox çətin və maraqlı alındı. Son anda qol vurmaq insana fərqli duyğular yaşadır. Matça 3 dəqiqə əlavə olundu, amma biz sona qədər qələbəmizə inandıq. Ebesilio ilə bir-birimizi çox gözəl başa düşürük. O, mənim əlverişli mövqedə olduğumu vaxtında gördü və gözəl ötürmə verdi. Mən də üzərimə düşəni etdim”.
(Klub saytı)
