9 dekabr 2013 14:14
Məşqçilər üçün seminar keçirilir (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında UEFA-nın dəstəyi ilə fiziki hazırlıq üzrə məşqçilər üçün seminar başlayıb. Azerisport.az xəbər verir ki, UEFA nümayəndəsi Fritz Şmidtin rəhbərliyi ilə keçirilən seminarda AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, yaxın gələcəkdə fiziki hazırlıq üzrə məşqçinin fəaliyyət göstərməsi klublar qarşısında tələb kimi qoyulacaq.
Seminara dekabrın 13-də yekun vurulacaq.
(AFFA)
