9 dekabr 2013 13:44
Dənizli 2 gurultulu transfer hazırlayır
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli komandaya iki məşhur türk futbolçunu gətirmək istəyindədir. Azerisport.az xəbər verir ki, söhbət Necati Ateş və İbrahim Toramandan gedir
“Eskişehirspor”da çıxış edən Ateş bu qış komandanı tərk etmək istəyir. Türkiyə millisində 19 oyuna 6 qol vurmuş 33 yaşlı hücumçu artıq Dənizlidən təklif alıb.
Bundan başqa, Dənizlinin hədəfində”Beşiktaş”ın heyətinə düşməkdə çətinlik yaşayan İbrahim Toraman var. 32 yaşı Toraman “Qara Qartal”ın transfer siyahısına salınıb.
Maraqlıdır ki, Dənizli köməkçi qismində Lənkərana İbrahim Üzülmezi gətirsəydi, bu transfer haqda danışmağa dəyməzdi. Çünki, iki adaş gərgin münasibəti ilə diqqət çəkir. Dənizlinin Toramana telefon zəngi və düşünmək üçün vaxt verdiyi haqda məlumat var.
(Türkiyə KİV-i)
