9 dekabr 2013 13:33
Almeyda Bakı ilə oyunu buraxacaq
“Qarabağ” futbol üzrə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş oyuna komandanın aparıcı oyunçularından biri - Riçard Almeyda olmadan çıxdı. Azerisport.az xəbər verir ki, futbolçu oyunqabağı məşqdə əzələsini dartıb.
Almeyda həmçinin 17-ci tur görüşündə “Bakı”ya qarşı oyunu da buraxmalı olacaq. Onun qayıdışı bu ilin son qarşılaşması olacaq “İnter”lə oyuna ehtimal edilir.
